Accessibility links

İraqın prezident şurası ABŞ-İraq paktını təsdiq etdi


İraqın prezident şurası Birləşmiş Ştatlarla ABŞ hərbi qüvvələrinin ölkədə daha üç il qalmasına imkan verən təhlükəsizliyə dair paktın təsdiq edib. Ağ Evin mətbuat katibi Dana Perino deyib ki, sənədin gözlənilən ratifikasiyası Bağdadla gələcək münasibətlər üçün əsas kimi qarşılayıb. O bildirib ki, razılıqlar İraqın demokratiya sahəsində əldə etdiyi nailiyyətlərin möhkəmləndirilməsi və İraqın suverenliyinin təsbit olmasına yardım edəcək. İraq qanunuvericiləri son həftələr İraq ərazisindən qonşu dövlətərlə hücum üçün istifadə edilməməsi də daxil olmaqla, Vaşinqtonun bəzi güzəştlər etməsini istəmişər. İraqın müxalif qanunvericiləri, habelə altı ay ərzində müqavilənin ictimaiyyət tərəfindən referenduma çıxarılması haqda maddəni də sənədə əlavə etməyə nail olublar.

XS
SM
MD
LG