Accessibility links

İran prezidenti Təbrizdə Azərbaycan türkcəsində çıxış edib


Dekabrın 3-də İran prezidenti Mahmud Əhmədinejadın İran Azərbaycanının paytaxtı Təbriz şəhərinə çoxdan gözlənilən səfəri baş tutub. İran prezidentinin bu səfərinin qarşıdan gələn prezident seçkilərində azərbaycanlı elektoratın dəstəyini qazanmaq məqsədi daşıdığı bildirilir. Verilən məlumatlara görə, cənab Əhmədinejad Təxti stadionunda Azərbaycan Türkçəsində çıxışı zamanı Azərbaycanı vəsf edən bir neçə beyt şeir də oxuyub. İran prezidenti çıxışında İran- İraq müharibəsi zamanı göstərdikləri qəhramanlıqlara görə İran azərbaycanlılarına təşəkkürünü bildirib. Qeyd edək ki, İran dövlət başçısının İran Azərbaycanına səfəri Seyid Cəfər Pişəvərinin və yaxın silahdaşlarının qurduğu Milli Hökumətin 63-cü ildönümü ərəfəsinə təsadüf edib. İran Prezidenti Təbrizlə yanaşı, daha 19 şəhərə baş çəkib.

XS
SM
MD
LG