Accessibility links

Gürcüstanda kütləvi istefalar


Gürcüstanda dörd nazirin - müdafiə, xarici işlər, təhsil və mədəniyyət nazirlərinin vəzifəsindən uzaqlaşdırılmasından sonra bu gün daha bir neçə yüksək səviyyəli rəsminin istefaya çıxdığı bildirilir.

Son məlumatlara görə, Gürcüstanın BMT-dəki daimi nümayəndəsi İrakli Alasaniyan və Təlükəsizlik Şurasının katibi Kaxa Lomaya artıq istefa ərizələrini yazıblar.

Kütləvi istefaların Gürcüstan hakimiyyətinin avqust ayında Rusiya ilə müharibədən sonra ortaya çıxmış tənqidlərlə əlaqədar olduğu bildirilir.

Belə ki, bir gün öncə istefaya göndərilmiş müdafiə və xarici işlər nazirləri separatçı Cənubi Osetiyanın Tbilisinin nəzarətinə qaytarılması cəhdləri və uğursuz müharibəyə görə müxalifətin Saakaşvili hakimiyyətinə qarşı tənqidlərinin əsas hədəfi idilər.

Artıq ölkədə habelə yeni təhlükəsizlik və təhsil nazirləri var. Müdafiə naziri David Kezeraşvilini onun müavini Batu Kutelia əvəz edəcək. 31 yaşlı Eka Tkeşelaşvilini xarici işlər naziri postunda kimin əvəz edəcəyi isə hələ məlum deyil.

Ancaq bu gün istefaya getmiş Gürcüstanın BMT-dəki daimi nümayəndəsi İrakli Alasaniyan prezident Mixail Saakaşvilinin yaxın tərəfdaşı və siyasi varisi hesab olunurdu.

XS
SM
MD
LG