Accessibility links

Corc Buş: `İraq müharibəsi gözlənildiyindən çox uzun çəkdi`


ABŞ prezidenti Corc Buş deyib ki, Yaxın Şərq 2001-ci illə - o vəzifəsinin icrasına başladığı dövrlə müqayısədə indi daha azad və ümidverici bölgəyə çevrilib. Eyni zamanda, cənab Buş İranın nüvə proqramı məsələsini, Israillə Fələstin arasında gerşəkləşməyən sülh prosesini və İraqın demokratikləşməsini özünün xələfi, president seçilmiş Barak Obama miras qoymasından təəssüflənir.

Cümə günü Vaşinqtondakı Brukinqs institutunda çıxışı zamanı cənab Buş öz administrasiyasının İraqın demokratikləşməsi yolunda ilk planlarını müdafiə edib.

Prezident deyib ki, İraq müharibəsi “gözlənildiyindən çox uzun çəkdi”, lakin Səddam Hüseyn rejiminin devrilməsi ilə ölkənin demokratikləşməsində mühüm rol oynayıb.

Buş, Səddamın 2001-ci lin 11 sentyabr teraktları ilə əlaqəsi olmadığını etiraf edib, amma onun sözlərinə görə, Birləşmiş Ştatlar “söyüşkən düşməninin” terrorizmi dəstəkləyən yöndə fəaliyyətlərinin qarşısını almalı idi.

XS
SM
MD
LG