Accessibility links

Dövlət katibi Rays Pakistanı vədlərinə əməl etməyə çağırıb


ABŞ Dövlət katibi Kondoliza Rays Pakistanı Mumbay terror aktları ilə bağlı təhqaqatda Hindistanla əməkdaşlığa dair vədlərinə əməl etməyə çağırıb. Kondoliza Rays bu gün ABC və Fox tele-şirkətlərinə müsahibələr verib. O deyib ki, keçən həftə regiona səfəri zamanı ABŞ-ın Pakistanın fəaliyyət göstərməsini görmək istədiyini ölkə rəsmilərinə açıq bəyan edib. Xanım Rays səfəri zamanı 170 insanın ölümülə nəticələnmiş Mumbay terror aktlarından sonra Pakistan və Hindistanda rəsmilərlə görüşüb.

XS
SM
MD
LG