Accessibility links

ABŞ-ın yeni prezidenti iqtisadi vəziyyətin daha da ciddiləşə biləcəyini deyib


Bu gün NBC tele-şirkətinə müsahibə verən ABŞ-ın yeni prezidenti Barak Obama deyib ki, Amerika iqtisadiyyatının vəziyyəti düzələnə qədər əvvəl daha da pisləşə bilər. Cənab Obama ölkədə iki milyon iş yerinin itirilməsi və beynəlxalq maliyyə sisteminin kövrək vəziyyətini ciddi problem kimi qiymətləndirib. O deyib ki, yanvar ayının 20-də rəsmən vəzifəsinin icrasına başlayan kimi onun əsas prioriteti yeni iş yerlərinin yaradılması üçün infrastruktur layihələrinin gerçəkləşməsinə çalışmaq olacaq. Prezident seçilmiş Barak Obamanın bildirdiyinə görə, bu, yaxın müddət üçün ABŞ iqtisadiyyatına kömək və uzun müddət üçün inkişafa yardım edə bilər.

Cənab Obama həm də deyib ki, hökumət Amerikanın tənəzzül dövrünü yaşayan avtomobilqayırma sənayesinin dağılmasına imkan verməməlidir.

XS
SM
MD
LG