Accessibility links

Sentyabrın 11-i hücumlarının təşkilatçıları məhkəməyə müraciət imzalayıblar


Birləşmiş Ştatların Kubadakı Quantanamo bazasında hərbi tribunalın hakimi 2001-ci il sentyabrın 11-i hücumlarının təşkilatçılarının günahlarını boynuna almaq istədiyini bildirib. Hakim Stiven Henli hücumların əsas təşkilatçısı hesab edilən Xalid Şeyx Məhəmməd də daxil olmaqla, beş müttəhimin imzaladığı müraciəti oxuyub. Müraciət məktbunda müttəhimlər etiraflarını elan üçün dərhal dinləmələrə başlanmasını istəyiblər. Təəccübə səbəb olmuş bu elan hərbi tribunalın hakimləri və hücumlarda həlak olmuş beş nəfərin ailə üzvlərinin də iştirak etdiyi məhkəmə prosesinin ilk günü verilib. Bundan sonra hakim müttəhimlərin qərarı verdiyini təsdiq etmək üçün onları ayrı-ayrılıqda dindirib.

Hadisə qurbanlarının məhkəmədə iştirak edən ailə üzvləri Pentaqon tərəfindən lotereya vasitəsilə 100 ailə arasında seçilib. Onlar kürsünün arxa tərəfində əyləşib, prosesi izləyirlər. Xalid Şeyx Məhəmməd deyib ki, o, şəhid olmaq üçün edam olunmasını istəyir. Müttəhimlər məhkəmədə özləri özlərini təmsil edirlər.

XS
SM
MD
LG