Accessibility links

İllinois ştatının qubernatoru zaminə buraxılıb


İllinois ştatının dünən həbs edilən qubernatoru Rod Blaqoyeviç 4 500 dollar müqabilində zaminə buraxılıb. Demokrat qubernator korrupsiya ittihamı ilə evindən ailəsi yatarkən aparılmışdı. Onun kadrlar şöbəsinin müdiri Con Harris də eyni gün nəzarət altına alınmışdı. Prokuror Patrik Fitceraldın bildirdiyinə görə, müstəntiqlər qubernatorun telefon zəngləri və söhbətlərini lentə yazıb. Barak Obamanın Senatdakı yerini satmağa cəhd edən 52 yaşlı Rod Blaqoyeviç ona qarşı irəlı sürülən ittihamları rədd edir. ABŞ qanunlarına görə yerləri boşalan senatorları ştata qubernatorlar təyin edir. Barak Obama Senatdakı yerlə bağlı qubernatorla heç bir müzakirə keçirmədiyini deyib. Prokuror Patrik Fitcerald prezident seçilən Obamanın Blaqoyeviçin əməllərindən xəbərdar olub-olmadığına dair iddiaların irəli sürülmədiyini bildirib.

XS
SM
MD
LG