Accessibility links

ABŞ qüvvələri təsadüf nəticəsində əfqan polislərə atəş açıb


ABŞ ordusu təsadüf nəticəsində 6 əfqan polisi və bir mülki vətəndaşı öldürüb. Məlumatı ordu rəsmiləri də təsdiq edərək, səhv nəticəsində baş verən bədbəxt hadisə kimi qiymətləndiriblər. ABŞ və Əfqanıstan rəsmiləri bildiriblər ki, Amerika əsgərləri Zabul vilayətinin Qalat şəhərində yaraqlı olduğundan şübhəli bilinən şəxslərlə atışmadana sonra binada axtarış keçirib. Hadisə yaxınlıqdakı obyektdə olan polisin onları döyüşçülərlə səhv salaraq atəş açmağa başladığı zaman baş verib. Koalisiya qüvvələri cavab atəşi açıb, lakin sonrada onların döyüşçü deyil, polis olduğunu başa düşüblər. Döyüş zamanı 13 əfqan yaralanıb, polis məntəqəsi isə dağılıb. Əfqanıstan və koalisiya rəsmiləri hələ insidentin təhqiqatını davam etdirir.

XS
SM
MD
LG