Accessibility links

ATƏT Qırğızıstanda xarici radioların bağlanmasından narahatdır


ATƏT rəsmisi Qırğızıstanda Azadlıq Radiosu və BBC-nin müvəqqəti bağlanmasından narahatlığını bildirib. Təşkilatın mətbuat nümayəndəsi Mikloş Haraşti bu gün deyib ki, Azadlıq radiosu və BBC-nin Qırğız servisinin fəaliyyəti tam bərpa olunmalıdır. Haraştinin sözlərinə görə, bağlanma plüralizmin itkisi olacaq. Keçən həftə Qırğızıstan Milli Televiziya Korporasiyasının rəhbəri qeyri-müəyyən texniki səbəblərə görə BBC-nin fəaliyyətinin təxirə salınacağını bildirib. ATƏT BBC-nin Qırğız xidmətinin fəaliyətinin dekabrın 10-da bərpa olunmasını alqışlamışdı.

XS
SM
MD
LG