Accessibility links

Avropa liderləri xilas paketlərini bəyəndilər


Avropa Birliyinin liderləri qlobal iqlim dəyişikliyinin sənayesi zəif olan Avropa ölkələrinə təsirini asanlaşdrmaq üçün xilas paketini bəyəniblər. Razılığı birliyə sədrlik edən Fransa prezidenti Nikola Sarkozi Brüsseldə, 27 üzv ölkə liderlərinin iki günlük sammitində elan edib.

O, digər ölkələri də təşəbüsə qoşulmağa səsləyib.

Bu plan 2020-ci ilə qədər karbon şüalanmasının 20 faizə qədər azaldılmasını hədəfləyib.
Liderlər habelə qlobal maliyyə böhranı ilə mübarizədə 260 milyard dollarlıq iqtisadiyyatı stimullaşdırma planını da bəyəniblər.

Brüsseldə keçirilən görüşdən əvvəl bəzi Avropa ölkələrində bu maliyyə vəsaitinin necə xərclənəcəyi barədə fikir ayrılığının olduğu bildirilirdi. Belə ki, bir sıra ölkələr əvvəlcə böhranla kollektiv mübarizə aparmaq fikri ilə razılaşmırdılar.

XS
SM
MD
LG