Accessibility links

AB Rusiyanı Cənubi Osetiyadan çıxmağa çağırır


Avropa Birliyinin müşahidəçiləri Rusiya qüvvələrinin təcili olaraq separatçı Cənubi Osetiya regionundan çıxmasına çağırıb. Bu, çağırış monitorların Rusiya qüvvələrinin Perevidən çıxması barədə razılıq əldə etməsindən cəmi bir neçə saat sonra səslənib. Avropa Birliyinin bəyanatından deyilir ki, Rusiyanın Perevini yenidən işğal etməsi Birliyin vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasının pozulması deməkdir. Qurum habelə Rusiyanı Avropa səfirlərinin əraziyə baş çəkməsinə icazə verilmədiyinə görə tənqid edib. Rusiya qoşunları dağlıq kənddən dünən çıxmışdı. Ancaq Avropa Birliyi və Gürcüstan piolisi deyir ki, 500-ə yaxın Rus qoşunu ərazini yenidən işğal edib. Rəsmi məlumatlarda deyildiyinə görə, Rusiya qüvvələri Gürcüstan polisini təhdid edərək, kəndi tərk etməyəcəkləri təqdirdə onlara atəş açacağı barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG