Accessibility links

Rumıniyada siyasi qalmaqal baş qaldırıb


Rumıniyanın baş nazirinin and içmədən öncə istefa verməsi ilə ölkədə siyasi qalmaqal baş qaldırıb. Teodor Stoloyan prezident Traian Basesku tərəfindən baş nazir təyin edildikdən 5 gün sonra bu vəzifəni daha gənc nəslin nümayəndəsinin yiyələnməli olduğunu bildirib. Prezident Basesku Demokrat Liberal Partiyanın sədri Emil Bloku baş nazir vəzifəsinə nominasiya edib. Keçən həftə sonu sağçı Demokarat Liberal və solçu Sosial Demokrat partiyaları 1991-1992-ci illərdə baş nazir vəzifəsində çalışmış Stoloyanın başçılığı altında koalisiya hökuməti yardılmasına razılıq vermişdi.

XS
SM
MD
LG