Accessibility links

ABŞ-la Rusiya arasında silahlara nəzarətə dair danışıqlar keçirilir


ABŞ və Rusiya rəsmiləri yanvarın 20-si Vaşinqtonda administrasiyanın dəyişməsindən öncə bu gün Moskvada silahlara nəzarətə dair danışıqların sonuncu raundunu keçirirlər. Gündəmdə duran əsas məsələlər ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi yerləşdirməsi planları və müddəti gələn il bitəcək nüvə silahlarının azaldılmasına dair müqavilədir. ABŞ Dövlət Departamenti keçən həftənin cümə günü bildirib ki, Amerika nümayəndə heyətinə dövlət katibinin silahlara nəzarət məsələləri üzrə yardımçısı Con Rod, Rusiya tərəfdənsə xarici işlər nazirinin müavini Sergey Ryabkov başçılıq edəcəklər.

XS
SM
MD
LG