Accessibility links

Rusiya hərbi gəmisi Kubaya səfər edəcək


Rusiya hərbi dəniz rəsmiləri deyirlər ki, admiral Çabanenkonun rəhbərlik etdiyi Rusiya donanmasının hərbi gəmisi bu həftə Kubaya səfər edəcək. Rusiya hərbi dəniz qüvvələrinin kapitanı İqor Düqalo deyib ki, gəmi Havana limanına dekabrın 19-da yetişəcək. Bu, Sovet İttifaqının dağılmasından bəri Rusiya hərbi gəmisinin Kubaya ilk səfəridir. Diqalo İnterfaks agentliyinə açıqlamasında bu səfəri “iki ölkənin hərbi qüvvələrinin əməkdaşlığında mühüm praktiki addım” adlandırıb. Bu yaxınlarda Rusiya donanmasının daha 3 gəmisi bir neçə Latın Amerikası ölkələrinə də səfər edib. Bazar günü gəmilər Nikaraquaya 200 000 dollarlıq kompyüter, dərman və tədarüklər çatdırıblar.

XS
SM
MD
LG