Accessibility links

Türkmənistan seçkiləri azad və ədalətli adlandırılıb


Türkmənistanda keçirilən parlament seçkiləri onun keçmiş Sovet müttəfiqləri tərəfindən azad və ədalətli adlandırılıb. Baxmayaraq ki, seçkiləri rüsvayçı adlandıranlar da var. MDB-nin baş katibi Sergey Lebedev bazar günü təşkil edilən seçkilərin Türkmənistanın seçki qanunları və beynəlxalq standartlara uyğun olduğunu deyib. Quruma üzv digər dövlətlər bunu demokratiyaya dorğu müsbət addım kimi qiymətləndirib.

Mərkəzi Seçki Komissiyasının rəsmiləri səsvermə hüququ olan vətəndaşların 90%-nin seçkilərdə iştirak etdiyini deyir. Lakin tənqidçilər parlamentin 288 yeri uğrunda yarışan namizədlərin ya prezidentin Demokrat partiyasının və ya dövlətin nəzarəti altında olan qrupların üzvü olduğunu bildirib.

XS
SM
MD
LG