Accessibility links

ATƏT rəsmisi: `İfadə azadlığı kriminallaşmamalıdır`


“İfadə azadlığı kriminallaşmamalıdır”. Bunu ATƏT, BMT, Amerika Dövlətləri Təşkilatı və Afrikanın İnsan haqları Komissiyasının mətbuat azadlığı üzrə təmsilçiləri deyirlər.

Bu 4 mötəbər qurumun bu gün yaydığı birgə bəyanatda qeyd olunur ki, ayrı-ayrı ölkələrin din, terror, ekstremizm və digər cinayətlərə dair milli qanunvericilik aktları beynəlxalq norma və öhdəlikllərlə düz gəlmir. Belə ki, bu qanunvericilıik aktlarında söz azadlığı kriminallaşdırılır.

Hazırda dünyanın müxtəlik bölğələrində medianın fundamental hüquqlarının pozulmasından narahat olan söz azadlığının beynəlxalq müdafiəçiləri diqqəti ilk növbədə diffamasiyaya yönəldirlər. Onlar hesab edirlər ki, hətta antiterror və antiekstremizmə aid qanunvericilikdə də bu məsələnin həssaslığı nəzərə alınmalıdır.

Problemin Cənubi Qafqaz ölkələri üçün də aktuallığını qeyd edən ATƏT-in Mətbuat Azadlığı Bürosunun baş məsləhətçisi Aleksandr Boldırev «Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, məsələnin mahiyyəti, tutalım Azərbaycanın timsalında, təkcə ATƏT qarşısında öhdəliklərdə yox, ümumilikdə söz azadlığına münasibətdədir:

“Ölkədə plüralizmi sıxışdırmamaq və əksinə, onu daha da artırmaq, müdafiə və inkişaf etdirmək ATƏT qarşısındakı ciddi öhdəliklərdəndir və buna əməl olunması üçün ölkələrin konkret iş planı var. Bu plan yerinə yetirilməsə, yaxud da icrası gecikdirilsə bu, ölkənin beynəlxalq əməkdaşlığa münasibətini ortaya qoyur. Amma söz azadlığını kriminal vasitələrlə sıxışdırmaq isə ölkənin öz vətəndaşlarına münasibətini təcəssüm etdirir”.

ATƏT nümayəndəsi deyir ki, indi bir sıra yeni demokratiyalar hətta Qərb demokratiyalarını da arxada qoyurlar. Konkret olaraq Cənubi Qafqaz ölkələrində mətbuatın problemlərinin həlli üçün ATƏT təsir mexanizmləri axtarır. Ekspertə görə, qanunlar hətta abstrakt anlayışları və habelə etiqad konsepsiyalarını da ifadə azadlığından qorumamalıdır. Belə ki, terror kimi məhfumlar barədə ifadə azadlığına o zaman cunayət müstəvisində baxıla bilər ki, bu ifadədə zorakılığa birbaşa çağırış olsun.

Boldırev daha sonra bildirir ki, Azərbaycan, Gürcüstan və Ermənistanın media sahəsində ortaq çətinlikləri var. Əsasən də KİV-in özünü tənzimləməsi və yeni dövrün şərtlərinə uyğunlaşma problem olaraq qalır.

ATƏT-in Mətbuat Azadlığı Bürosu «Diffamasiya haqqında» qanunun qəbul edilməsi üçün bir neçə dəfə rəsmi Bakıya müraciət edib. Düzdür, Boldırev deyir ki, böhtana görə cinayət məsuliyyəti məsələsi təkcə Azərbaycana aid problem deyil, belə ki, məsələ bir çox ölkələrdə hələ lazımi hüquqi mexanizmini tapmayıb. Ancaq onun fikrincə, bu boşluq hakimiyyətin əlində vasitəyə çevrilməməlidir. Azərbaycanda bu sahədə vəziyyət getdikcə mürəkkəbləşir və problemin həllinə çalışmaq lazımdır.

ATƏT rəsmisi habelə jurnalistləri də məsuliyyətli olmağa çağırıb. Boldırev deyir ki, Cənubi Qafqaz ölkələri hələ KİV-in özünü tənzimləməsi prosesinin başlanğıc mərhələsindədirlər.

XS
SM
MD
LG