Accessibility links

Britaniyanın baş naziri Qordon Braun İsrailin baş naziri ilə görüşüb


Britaniyanın baş naziri Qordon Braun İsrailin baş naziri Ehud Olmertlə İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələri ilə bağlı danışıqlar keçirib. Liderlərin görüşü bu gün Londonda, baş nazir Braunun fəsləsitnlilərin baş naziri Salam Fəyyadla görüşündən bir gün sonra təşkil edilib. Qordon Braun deyib ki, sülh prosesinin davam etdirilməsi istənilirsə, bölgədə yəhudilərin məskunlaşması məsələsi həll edilməlidir.

Britaniya və dünya ictimaiyyəti İordan çayının qərb sahilində yəhudilərin yerləşdirilməsini qeyri-qanuni hesab edir.

XS
SM
MD
LG