Accessibility links

Kostas Karamanlis: `Etiraz aksiyaları Yunanıstan iqtisadiyyatına ciddi ziyan vurub`


Yunanıstanın baş naziri Kostas Karamanlis 11 gündür davam edən etiraz aksiyalarının ölkə iqtisadiyyatına ciddi ziyan vurduğunu bildirib. Parlamentin hakim Yeni Demokratiya Partiyasının üzvləri qarşısında çıxış edən baş nazir zorakılıqların vurduğu ziyanıın aradan qaldırılması üçün sosial təminatın mövcud olmadığını deyib. Karamanlis Yunanıstanın və hər bir vətəndaşın gələcəyinin sual altına alındığını bildirib. Afinada isə yeniyetmənin polis tərəfindən güllələnməsinə qarşı etiraz aksiyaları davam edir. Nümayişçilər Yunanıstanın dövlət televiziya stansiyasını ələ keçirərək, yayımlara mane olub. Bundan əvvəl isə bir qrup gənc iğtişaş polisinin baş qərargahına yanğın bomabları atmışdı. Etirazçılar baş nazirin istefasını tələb edir.

XS
SM
MD
LG