Accessibility links

Ukraynanın qərbyönümlü partiyaları yeni saziş imzalayıblar


Ukraynanın iki qərbyönümlü iri partiyası və bir kiçik qrup yeni hakim koalisiyanın yaranamsı barədə saziş imzalayıblar. Koalisiya tərəfdaşları sırasında prezident Viktor Yuşçenko və baş nazir Yuliya Timoşenkonun, eləcə də parlament spikeri Volodımir Lıtvinin tərəfdarları daxildir. İki aparıcı qərbpərəst lider 2004-cü ildə prezident seçkilərində baş verən saxtakarlıqlara etiraz olaraq Narıncı İnqilab keçirmişdilər.

XS
SM
MD
LG