Accessibility links

Yüz mindən artıq miqrant Azərbaycanda yaşamaq istəyir


İnsan haqları üzrə nüfuzlu beynəlxalq təşkilatlar - BMT, Avropa Şurası və digər qurumlar Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində miqrantların qarşılaşdığı problemlərdən narahatlıqlarını bəyan ediblər.

“Amerikanın səsi” radiosu Azərbaycanda bu sahədə vəziyyətlə maraqlanıb. Məlum olub ki, ölkədə elə miqrantlar var ki, orduda xidmət göstəriblər, amma hələ də vətəndaşlıqları yoxdur.

Rəsmi məlumatlara görə, son bir ildə Azərbaycandan qaçqın statusu almaq üçün hökümət orqanlarına yüzdən artıq müraciət daxil olub. Rəsmilər bu adamların əsasən Əfqanıstan, İran və Pakistan vətəndaşı olduqlarını deyirlər. Lakin müraciətlərin demək olar ki, hamısı rədd edilib, Azərbaycan cəmi bir neçə miqranta rəsmi status verib.

BMT-nin Baş katibi Pan ki Mun isə bu gün bütün dövlətləri Əməkçi Miqrantların və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsinə Dair beynəlxalq Konvensiyanı bir daha təsdiqləməyə çağırıb.

Miqrantların beynəlxalq müdafiəsi o qədər acınacaqlı həddə çatıb ki, BMT-nin qərarı ilə hər il 18 dekabr Ümumbəşəri Miqrantlar Günündə bu mövzuda diskussiyalar açılması və rəsmilərin diqqətini məsələyə cəlb etmək üçün qeyd olunur.

BMT xüsusilə son illərdə müxtəlıf regionlarda miqrantların böyük risklərlə üzləşməsindən narahatdır. Belə ki, müxtəlif ölkələrdə bu sahədə mənzərəyə nəzər saldıqda məlum olur ki, miqrasiya siyasətində məhdudiyyətlər getdikcə arzalmaqdansa artıq və əksər hallarda miqrantlar əsasən təhlükəsizlik məsələləri ilə bağlı problemlə üzləşirlər.

Amma BMT dəhlizlərində miqrantlara qarşı ayrı-seçkiliyin olnarın öz ölkələrində əcnəbilərə olan münasibətlə də bağlayırlar. Yəni necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına.

Buna görə də BMT deyir ki, miqrantları təhqirlərdən qorumaq və onları qəbul edən ölkənin inkişafına töhfə vermələrini təmin etmək üçün, adi vətəndaşlar kimi, onların da hüquqları qorunmalıdır. Bunu etməyin ən yaxşı yolu da beynəlxalq insan hüquqları üzrə qanunların rolunu bir daha təsdiqləməkdir.

Azərbaycanın Miqrantlara Hüquqi Yardım Mərkəzinın rəhbəri Əlövsət Əliyev isə deyir ki, əcnəbi miqrantların, xüsusilə də əmək qabiliyyətli xaricilərin Azərbaycanda qanuni üsullarla yaşaması üçün bütün hüquqi prosedur mövcuddur, amma problem qanunda yox, ona əməl etməkdədir.

“Amerikanın səsi”nə müsahibəsində cənab Əliyev deyib ki, indi Azərbaycanda hətta hərbi xidmətdə olmuş əcnəbilər var ki, vətəndaşlıq ala bilmirlər: “Ata-anası azərbaycanlı Azərbaycan vətəndaşı olan, hətta özü Azərrbaycan ordusunda xidmət edən miqrantlar var ki, hələ də vətəndaşlıq ala bilmirlər”.

Hazırda Azərbaycanda yeni miqrasiya məcəlləsi hazırlanır. Qanun layihəsi bir neçə ildir tərtib olusa da, hələ qəbul edilməyib. Əlövsət Əiliyev deyir ki ölkədə miqrantların problemlərinini tənzimlənməsi ilə baglı üst-üstə 17 qanun və normativ sənədlər olsa da, onların vahid sistemdə birləşdirilməsinə zərurət var.

Habelə ölkəyə iş dalınca gələn miqrantların daimi yaşayış statusu alması Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərlə tənzimlənir. Bu qaydalara görə, miqrantlar əvvəlcə ölkədə 2 il işləməlidirlər. Ekspert deyir ki. bu, dünyada analoqu olmayan məhdudiyyətdir.

Müstəqil hesablamalara görə, hazırda Azərbaycanda 100 mindən artıq miqrant yaşayır. Onların əsas məqsədi bu və ya digər formada daimi yaşayış hüququ almaqdır. Lakin bu elə istək olaraq qalmaqdadır. Baxmayaraq ki, miqrantların 80 faizdən çoxu milli mənsubiyyətinə görə azərbaycanlı olanlardır. Qalanları isə İran Rusiya, Türkiyə, Çin və hətta Filıippindəndir.

XS
SM
MD
LG