Accessibility links

Braziliyada Latın Amerikası və Karib dənizi hövzəsi ölkələrinin sammiti keçirilir


Latın Amerikası və Karib dənizi hövzəsinin 33 ölkəsinin nümayəndələri Braziliyada sammit keçirir. Amerika və Kanadanın iştirak etmədiyini toplantı iqtisadi tənəzzül və siyasi əlaqələrin müzakirəsinə həsr edilib. İqtisadi böhranla mübarizə məqsədi ilə inteqrasiya prosesinin gücləndirilməsi də müzakirə mövzususur. Görüş zamanı bir necə ölkənin lideri qlobal iqtisadi tənəzzülə görə inkişaf etməkdə olan ölkələri günahlandırıb. Braziliya, Argentina, Paraqvay və Uruqvayın dövlət başçıları bazar ertəsi regional ticarət blokunun yığıncağını təşkil edib. Kuba prezidenti Raul Kastro görüşün xüsusi qonağı olub.

XS
SM
MD
LG