Accessibility links

Din xadimlərinin Parisdə keçirdikləri yığıncaq başa çatdı


Dünya imamları və ravvinləri Yaxın Şərqdə sülh prosesini sürətləndirmək yollarını müzakirə etməkl üçün Parisdə keçirdikləri üç günlük yığıncaqlarını başa çatdırmışlar.Bu, dünya dindarları- imamlar və ravvinlərin sülh uğrunda keçirdiyi üçüncü yığıncağıdır. Yəhudi, Müslman və Xristian etiqadlarınn liderlərindən ibarət daimi komitə yaratmağa çalışılır. Parisdə keçirilən bu yığıncağın təsisçisi UNESKO-dur.

Bu həftənin əvvəli isə yəhudi və müsəlman nümayəndələr birlikdə Parisin küçələrində yürüş təşkil etmişdilər ki, bununla onlar müsəlman və yəhudi qəbirlərinin dağıdılmasına etirazlarını idafə etmişdilər. Fransanın Yəhudi-Müsəlman Dostluq Təşkilatı və yerli imamlar tərəfindən təşkil edilən etiraz yürüşünün məqsədi sülhə səsləmək və müsəlmanlarla yəhudilər arasında əlaqələr qurmaq idi.

XS
SM
MD
LG