Accessibility links

Bağdadda etiraz aksiyası keçirilib


Bağdadda 1500-ə qədər insanın iştirakı ilə keçirilən etiraz aksiyası zamanı ABŞ prezidenti Corc Buşa ayaqqabı atan jurnalistin azad edilməsi tələb olunub. Nümayişçilər prezident Buşun ayaqqabı dəyməsin deyə əyildiyi şəkillərini qaldırmışlar. Müntəzər Əl- Zeydi nümayış keçirilən məhəllədə keçən həftə girov götürülmüş, bir neçə gündən sonra azad edilmişdi. Jurnalistin qardaşı bildirib ki, işgəncələr verildiyinə görə o, məhkəmə zalına gələ bilməyib və buna görə saxlandığı kamerada hakimlə görüşməli olub. İraq rəsmiləri isə bildiriblər ki, jurnalistin o biri qardaşı onun heç bir xəsarət almadığını deyib. Lakin Müntəzər Əl-Zeydinin vəhşicəsinə döyüldüyünə dair şaiyələr gəzir. Əl-Zeydi xarici dövlət başçısını təhqir etmə ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilə bilər. İraqda ayaqqabı atmaq dərin hörmətsizlik əlamətidir.

XS
SM
MD
LG