Accessibility links

Rusiya yenidən Ukraynaya qaz nəqlini dayandıracağını bildirdi


Rusiyanın dövlət nəzarətində olan “Qazprom” şirkəti Ukraynanı təhdid edərək bildirib ki, yanvar ayının 1-dən etibarən ölkəyə qaz nəqlini dayandıracaq. Moskva Kiyevin ona 2 milyard dollar borcu olduğunu açıqlayıb. Qazpromun sözçüsü Serqey Kupriyanovun sözlərinə görə, Ukrayna borcunun 800 milyonunu qaytarsa da ölkənin yanacaq şirkəti “Nafroqaz” ilin sonuna qədər məbləğin digər qismini qaytarmaq iqtidarında olmayacaq. Ukrayna prezidenti Viktor Yuşenko borcun bir hissəsinin qaytarılmasına razılıq verərək 200 milyon dolların da yaxın bir zamanda ödəniləcəyini bildirib.

XS
SM
MD
LG