Accessibility links

Neft hasilatının ixtisarı qiymətlərin sabitləşdirilməsinə yardım etmir


Neft ixrac edən ölkələrin nazirlərinin neft qiymətlərinin düşməkdə davam etməsinə mane olmaq səyləri çərçivəsində neft hasilatını ixtisar etməsi qiymətlərin sabitləşdirilməsinə yardım etmir.

İyul ayından bəri bir barrel neftin qiyməti 100 dollar düşüb. OPEK-in Əlcəzair yığıncağında gündəlik istehsalın iki milyon barrel azaldılacağı elan edildikdən sonra Nyu-York birjalarında xam neftin qiyməti 40 dollardan az olub.

OPEK-in prezidenti Çakib Xəlil neft hasilatının ixtisarına dair neft istehsal edən ölkələrlə danışıqlar keçirildiyini deyib. Son hesabatlara görə, dünyanın ən böyük iqtisadiyyatına malik olan Amerikada neftə tələbat azalıb.

XS
SM
MD
LG