Accessibility links

ABŞ-ın müdafiə naziri Guantanamo məhbəsinin bağlanmasının tərəfdarıdır


ABŞ-ın müdafiə naziri Robert Geyts Guantanamo məhbəsinin bağlanmasının tərəfdarı olduğunu və Kubadakı bu həbsxananın bağlanması məsələsinin gələcək administrasiyanın birnömrəli prioriteti olacağını bildirib.

Həbsxananın bağlanması prosesinin nə qədər sürə biləcəyinə dair sualın cavabında nazir bunun alternativlərin tapılmasından və digər ölkələrin məhbusları qəbul etməsindən asılı olacağını deyib.

Robert Geyts bildirib ki, həbsdə saxlanılanların bəzisi indi belə azad edilə bilər, lakin onları qəbul edəcək ölkə tapmaq mümkün deyil. Onların yenidən həbsə salınmadığı və ya təzyiqlərə məruz qalmadığından əmin olmaq istəyirik-deyə Robert Geyts bildirib.

İraq müharibəsi ilə bağlı sualı cavablandıran müdafiə naziri İraqın suveren bir dövlət olduğunu və 2011-ci ildən sonra iraqlıların ABŞ qüvvələrinin o ölkəni tərk etməsini tələb etdiyi təqdirdə başqa çarə qalmayacağını bildirib.

XS
SM
MD
LG