Accessibility links

ABŞ hökuməti avtomobil şirkətlərinə  yardım verəcək


ABŞ prezidenti Corc Buş bu gün hökümətin avtomobil şirkətlərinə nə qədər yardım göstəriləcəyinə dair açıqlama verməlidir. Xəbərlərdə bildirilir ki, prezident 13.4 milyard dollarlıq dərhal, daha sonra isə 4 milyard dollarlıq kredit yardımları ilə avtomobil şirkətlərinə kömək göstəriləcəyini elan etməlidir. Ceneral Motors və Kraysler 2009-cu ilin əvvəlində hökumətdən yardım alınması məsələsini müzakirə edir. Müzakirələr keçən həftə Senatda xilas paketi təsdiq edilmədikdən sonra aparılır. Avtomobil şirkətləri istehlakçı təlabatının düşməsi ilə satışın enməsi və kredit şərtlərinin ağırlaşdırlması ilə iflas qarşısındadır. Kraysler bu gündən etibarən bir ay müddətinə 30 zavodunu bağlamaq məcburiyyəti qarşısındadır.

XS
SM
MD
LG