Accessibility links

Israillə Qəzza arasında atəşkəs razılığı sona çatdı


Altı ay davam edən atəşkəs razılığının vaxtı bu gün başa çatdığı üçün İsrailin cənubu fələstinli yaraqlılar təfərindən raket atəşlərinə məruz qalıb. Qəzzaya nəzarət edən İslamçı Həmas qrupu atəşkəs barədə danışıqları uzatmaqdan imtina edib. Həmasın nümayəndəsi Əbu Obeida fələstinlilərin atəşkəs tərəfdarı olduqlarını, lakin fələstinlilərin İsrailin hücumlarına cavab verdiklərini deyib.

Xatırladaq ki, atəşkəs barədə razılıq hələ bir ay yarım bundan əvvəl, İsrailin ölümlə nəticələnən sərhəd hücumlarından sonra başlamışdı. Hərbçilər İsrail əsgərlərinin oğurlanmasında istifadə edilən tuneli dağıtdıqlarını bildirmişdilər. Bundan sonra İsrail əraziləri demək olar ki, hər gün fələstinli yaraqlılar tərəfindən raket və qumbara hücumlarına məruz qalmışdı.

XS
SM
MD
LG