Accessibility links

Moskva bazarında partlayış olub


Moskva bazarında baş verən partlayış nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Milis rəsmiləri deyir ki, partlayış bu gün Rusiya paytaxtında Prajskaya metro stansiyasının girişi yaxınlığında olub. Ümumrusiya Azərbaycanlıları Konqresinin məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar arasında azərbaycanlılar yoxdur. Bu, son iki gün ərzində Rusiyada həyata keçirilən ikinci bomba partlayışıdır. Dünən Dağıstanda avtomobil yaxınlığında uzaqdan idarə olunan bombanın partlaması nəticəsində 3 milis əməkdaşı yaralanmışdı. Son aylar Moskva və Rusiyanın bir neçə başqa şəhərlərinin bomba hücumlarına məruz qaldığı müşahidə olunur.

XS
SM
MD
LG