Accessibility links

NATO və Rusiya səfirləri gələn ay görüşəcəklər


NATO və Rusiya nümayəndələri avqust ayında Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra keçirdikləri yüksək səviyyəli müzakirələr nəticəsində növbəti ay səfirlər səviyyəsinda görüşmək barədə qərar qəbul ediblər.

Cümə günü Brüsseldə Rusiyanın NATO-dakı səfiri Dmitri Roqozin və alyansın baş katibi Yaap de Hoop Şeffer bu barədə birgə bəyanat veriblər.

Rusiya xarici işlər naziri isə Moskvada jurnalistlərə deyib ki, onun ölkəsi avqust müharibəsinin səbəblərini müzakirə etmək üçün münasibətlərin bərpasına təkid göstərəcək.

Rusiya israr edir ki, onun Gürcüstana hərbi müdaxiləsi Tbilisinin Cənubi Osetiyaya qoşun yürütməsinə cabav tədbiri idi. Gürcüstansa deyir ki, onlar Rusiyanın müdaxiləsinin qarşısını almaq üçün əraziyə daxil olmuşdular.

XS
SM
MD
LG