Accessibility links

Israilin cənub şəhərləri raket hücumlarına məruz qalır


Israilin cənub şəhərləri artıq ikinci gündür Fələstin yaraqlılarının raket hücumlarına məruz qalır. Raketlərdən biri Şredot şəhərindəki bir evə düşüb. İraqil ordusu bildirir ki, ikinci raket hücumu nəticəsində bir nəfər yüngül xəsarət alıb. Associated Press İslam Cihadı qrupunun hücumun məsuliyyətini üzərinə aldığını xəbər verir. İsrail mənbələri Qəzzanın şimalından həyata keçirilən raket hücumlarına hərbi təyyarələrlə cavab verildiyini bildirir. Hava hücumları zamanı yaralanan olmayıb. Hücumlar Həmasın iki gün əvvəl altıaylıq atəşkəs razılığının başa çatdığını elan etməsindən sonra həyata keçirilir.

XS
SM
MD
LG