Accessibility links

Vitse-prezident Çeyni Buş administrasiyasının terrorizmə qarşı mübarizə siyasətini müdafiə edib


Birləşmiş Ştatların vitse-prezidenti Dik Çeyni Buş administrasiyasının terrorizmə qarşı müharibədə yeritdiyi siyasəti dəstəkləyib. Bu gün Fox televizyasında geniş müsahibə zamanı cənab Çeyni deyib ki, ölkənin son yeddi ildə terror hücumuna məruz qalmaması məhz administrasiyanın siyasətinin nəticəsidir. O deyib ki, prezident Corc Buşun ölkəni müdafiə etməyə kömək etmək üçün konstitusiyaya uyğun olaraq legitim səlahiyyətlərindən istifadə etdiyinə inanır. Çeyni həmçinin vitse-prezident seçilmiş Co Baydenin onun haqda Amerika tarixində “ən təhlükəli vitse-prezident” kim tənqidlərini rədd edib. Dik Çeyni deyib ki, belə bəyanatları ciddi qəbul etmir.

XS
SM
MD
LG