Accessibility links

ABŞ Zimbabvedə hakimiyyətin bölüşdürülməsinə dair təklifi bundan sonra dəstəkləməyəcək


Birləşmiş Ştatlar bəyan edib ki, Zimbabvedə Robert Muqabenin prezident olaraq qalmasını nəzərdə tutan hakimiyyətin bölüşdürülməsinə dair təklifə bundan sonra dəstək vermir. ABŞ-ın Afrika üzrə yüksək səviyyəli nümayəndəsi Cendayi Frazer bunu bu gün Cənubi Afrikada Pretoriyada elan edib. Frazer deyib ki, ABŞ cənab Muqabenin hakimiyyətin bölüşdürülməsinə qadir olmasına əminliyini itirib. O əlavə edib ki, rəsmi Vaşinqton Muqabe hakimiyyətdə qalana qədər onun müşaviriləri və müttəfiqlərinə qarşı sanksiyaları aradan qaldırmayacaq. Cənab Muqabe mart ayında prezident seçkilərində ikinci olmuş, lakin iyun ayında təkrar seçkilərdə müxalifət lideri Morqan Çvangiray böyük sayda tərəfdarının öldürüldüyünü deyərək, namizədliyini geri götürdükdən sonra qələb çalmışdı.

XS
SM
MD
LG