Accessibility links

Ağ Ev Şirin İbadinin ofisinin bağlanmasını pisləyib


Ağ Ev Nobel Sülh mükafatı laureatı Şirin İbadinin başçılıq etdiyi insan hüquqları qrupunun ofisinin İran polisi tərəfindən bağlanmasına görə təəssüf hissi keçirdiyini bəyan edib. İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin yüksək səviyyəli nümayəndəsi Nərgiz Məhəmmədi bildirib ki, polis qrupun ofisində dekabrın 10-u olmuş insan hüquqları gününün qeyd edilməsinə hazırlıq getdiyi vaxt oraya reyd təşkil edib. Onun sözlərinə görə, polis və təhlükəsizlik zabitləri nə reydin səbəbini söyləmiş, nə də buna dair xəbərdarlıq etmişlər. Ağ Evin mətbuat katibinin müavini Toni Fratto bu gün Vaşinqtonda müxbirlərə deyib ki, Vaşinqton hadisəyə diqqət yetirir. O deyib ki, hər bir cəmiyyətdə insanlar öz hüquqları haqda danışa bilməlidir. Ağ Evin nümayəndəsi İran kimi ölkələrdə insanların cəsarətinə yüksək qiymət verib. İranın yarı-rəsmi Mehr xəbər agentliyi ədliyyə rəsmilərinə istinadən məlumat verib ki, mərkəz fəaliyyət göstərməsi üçün qanuni icazəsi olmadığlna görə bağlanıb.

XS
SM
MD
LG