Accessibility links

ATƏT Gürcüstandakı müşahidəçi missiyasını bağlayacağını bildirib


Avropanın ən iri təhlükəsizlik təşkilatı bildirib ki, Rusiyanın dayanıqlı etirazı üzündən gələn ay Gürcüstandakı müşahidəçi missiyasını bağlayacaq. Finlandiyanın xarici işlər naziri Aleksander Stabb bu gün deyib ki, Avropanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olan Rusiya bu missiyaya etirazını bildirdidkdən sonra ATƏT bu addımı atıb. Nazir buna görə təəssüfləndiyini bildirib.

Xatırladaq ki, ATƏT-ə başçılıq edən Finlandiyanın mandatı dekabrın 31-də başa çatır. Onu da qeyə edək ki, Gürcüstanla Rusiya arasında avqust ayında baş verən münaqişədən sonra təşkilat oraya 28-i silahsız olmaqla, 200 nümayəndə göndərib.

XS
SM
MD
LG