Accessibility links

İranda QİÇS mütəxəssislərinin həbsi ölkənin CM-ə ziddir


İranda İnsan Haqları üçün Beynəlxalq Kampaniya rəsmilərinin bildirdiyinə görə, Tehranın iki məşhur AİDS mütəxəssisinin həbs etməsi ölkənin cinayət məcəlləsinə ziddir. Araş Əlayi və onun qardaşı Kamyar Əlayi son 6 ayda Tehranın Evin həbsxanasında saxlanılıb. İnsan haqları qrupu deyir ki, ölkənin cinayət məcəlləsi belə vəziyyətdə 2 aydan çox həbsə icazə vermir. Qrup habelə həkimlərin qanuni şəkildə zaminə buraxılmasının mümkün olduğunu bildirir. Ancaq məhkəmə hazırda onların zaminə buraxılmasına icazə vermir. İran mətbuatının bildirdiyinə görə, həkimlər iyun ayında təxribatçılıq ittihamları ilə həbs ediliblər.

XS
SM
MD
LG