Accessibility links

Rusiya yenidən xarici qüvvələri ittiham edib


Rusiya müstəntiqləri yenidən iddia edir ki, ABŞ, Ukrayna və başqa ölkələrdən olan muzdlular avqust ayında Gürcüstan-Rusiya münaqişəsi zamanı gürcü qoşunları ilə bərabər döyüşüb. Rusiya Baş Prokurorluğunun təhqiqatlarına rəhbərlik edən Aleksandr Bastrıkin münaqişə zamanı habelə Türkiyə və Çex Respublikasının əsgərlərinin mövcud olduğunu bildirib. Bastrıkin keçən ay da oxşar ittihamla çıxış etmiş və münaqişədə Çeçenistan və Baltik dövlətlərinə məxsus döyüşçülərin iştirak etdiyini demişdi. Adı çəkilən ölkələrin heç biri ittihamlara münasibət bildirməyib. NATO müntəzəm olaraq Gürcüstanı hərbi treyninqlər və ləvazimatlarla təchiz edir. Münaqişə baş verməmişdən qısa müddət əvvəl - iyul ayında Gürcüstan və ABŞ qüvvələri Gürcüstan ərazisində birgə hərbi manevrlər keçirmişdi. O zaman Azərbaycan, Ukrayna və Ermənistandan olan kiçik kontingent də manevrlərdə iştirak etmişdi.

XS
SM
MD
LG