Accessibility links

ATƏT-in Gürcüstandakı müşahidəçi missiyası başa çatır


ATƏT bu ayın sonunda Gürcüstanda başa çatan müşahidəçi missiyasının Rusiya tərəfindən uzadılmasına yol verilmədiyini bidlirir. Təşkilatın rəhbərliyini icra edən Finlyandiyanın xarici işlər naziri Aleksandr Studd qərarı narahatedici adlandırıb. O, təşkilatın müşahidəçi missiyasının daha üç ay uzadılacağına ümid etdiyini bildirib. Rusiya isə Cənubi Osetiyanın Gürcüstanın digər bölgələri ilə heç bir əlaqəsi olmadığını israr edərək, ATƏT-in missiyasının müddətinin uzadılmasına mane olub. Rusiya həm Cənubi Osetiya, həm də Abxaziyanın müstəqil dövlətlər olduğunu deyir. ABŞ Dövlət Departamenti isə Rusiyanın qərarını tənqid edərək, bunun regiondakı gərginliklər və humanitar vəziyyəti ağırlaşdırdığını bildirir.
XS
SM
MD
LG