Accessibility links

İnterpol Hindistandan narahatdır


İnterpolun bildirdiyinə görə, Hindistan keçən ay Mumbayda baş verən hücumlar barədə heç bir məlumat bölüşmür. İnterpolun başçısı Ronald Nobel bu gün İslamabadda bildirib ki, Pakistanın əldə etdiyi informasiya ancaq media vasitəsi ilə yayılan məlumatlardan ibarətdir. Cənab Nobel deyib ki, İnerpola məlumatları açıqlamaq Hindistanın seçimidir və İnterpol ölkədə təhqiqatlar aparmaq üçün öz nümayəndələrini göndərməyə hazırdır. Ronald Nobel Pakistanda ölkənin daxili işlər naziri Rəhman Maliklə məsələni müzakirə edib.

XS
SM
MD
LG