Accessibility links

Gvineyada hərbi çevriliş baş verib


Gvineyada uzun müddət prezidentlik edən Lansana Kontenin vəfatından sonra ölkədə hərbi çevriliş baş verib. Gvineyanın hərbi liderləri hakimiyyət və konstitusiyanı buraxmış və tezliklə prezident seçkiləri təşkil edəcəklərini bəyan etmişlər. Lakin onlar mülki hakimiyyətə nə zaman qaydılacağı barədə heç nə deməyib. Prezident Kontenin vəfatı elan edildikdən sonra yenicə təsis edilən Milli Demokrat Şurası hərbi çevriliş barədə bəyanat verib. Gvineyanın silahlı qüvvələrinin baş komandanı və digər hərbi liderlər Milli Assambleyanın başına keçib. Əbubəkr Sompare konstitusiyaya əsasən prezidentın təyin edilməsi üçün ali məhkəməyə müraciət edib.

XS
SM
MD
LG