Accessibility links

ABŞ-da işsizliyin sayı son 26 ildə ən yüksək səviyyəyə çatıb


Birləşmiş Ştatlarda işsizlik müavinəti üçün müraciət edən şəxslərin sayı son 26 ildə ən yüksək səviyyəyə çatıb. Son hesabatlar isə ABŞ iqtisadiyyatının gerilədiyini göstərir. Əmək Departamentinin bu günkü məlumatına əsasən 586 min adam ötən həftə işsizlik kompensasiyası üçün müraciət edib.

Başqa xəbərdə isə ABŞ istehlakçılarının xərclərinin 5-ci ay azaldığı göstərilir. Bu son yarım əsrdə ən aşağı rəqəmdir. Digər xəbərdə ABŞ fabriklərinə verilən sifarişlərin noyabrda 1% azaldığı göstərilir. Bu isə ötən aydakı azalma ilı müqayisədə mülayimdir. Nyu York bazarlarında neftin barreli 37 dollara enib.

XS
SM
MD
LG