Accessibility links

Roma Papası milyonlarla insanı Milad bayramı münasibəti ilə təbrik edib


Roma Papası XVI Benedikt Milad bayramı günü Yaxın Şərq və Afrika ölkələrində sülhün bərqərar edilməsinə çağırıb. Romada Müqəddəs Piter kilsəsində minlərlə insan qarşısında çıxış edən Roma Papası Betlehemin işıqlarının müqəddəs torpağın hər bir yerinə sirayət etdiyini deyib. İsa peyğəmbərin doğum yeri hesab edilən Betlehemdə təşkil edilən mərasimdə də sülh üçün dua edilib. Müqəddəs torpaqda katoliklərin lideri Patriarx Tval deyib ki, müharibələr sülhü, həbslər sabitliyi, yüksək divarlar təhlükəsizliyi təmin etmir. Dünyanın digər yerlərində də mərasimlər keçirilir. Böyük Britaniya kraliçası Yelizaveta bu gün xalqa Milad müraciəti edəcək. İran prezidenti Mahmud Əhmədinejad Britaniya televiziyası ilə xristianları Milad bayramı münasibəti ilə təbrik etməlidir. İranın dövlət başçısı bildirib ki, İsa peyğəmbər sağ olsaydı, işğalçılar və terroristlərin əleyhinə olardı.

XS
SM
MD
LG