Accessibility links

Gvineyanın baş naziri özünü dövlət çevrilişi liderinə təslim edib


Qvineyanın baş naziri əmrə tabe olaraq özünü bu həftə hərbi çevrilişin başçılarına təslim edib. Bu gün radioda çıxışı zamanı çevrilişin başçısı Musa Dadis Kamara bütün hökumət və ordu rəsmilərinə özlərini təslim etmək üçün 24 saat vaxt verib. Jurnalistlərin verdiyi məlumata görə, baş nazir Əhməd Tidiane Souare təyin olunmuş yerə bu gün bir neçə hökumət naziri ilə gəlib. Ordu kapitanı Kamara bu həftə prezident Lasana Kontenin vəfatından sonra daha bir neçə zabitlə hökuməti ələ aldığını elan edənə qədər qvineyalılara az tanış idi. Hərbiçilər cənab Konteninin dəfn mərasimini cümə günü təşkil edəcəklər. Özünü prezident elan etmiş Kamara 2010-cu ildə seçkilər keçirməyə söz verib.

XS
SM
MD
LG