Accessibility links

Dmitri Medvedev Gürcüstana hərbi müdaxiləni müdafiə edib


Rusiya prezidenti Dmitri Medvedev Rusiyanın maraqları və vətəndaşlarının ölkə daxili və xaricində müdafiəsi üçün hərbi qüvvələrdən istifadə etmək hüququna malik olduğunu deyib. İlin yekunlarına dair televiziya müsahibəsi zamanı prezident avqust ayında Gürcüstana hərbi müdaxiləni müdafiə edib. Moskvanın hərbi qüvvələrdən istifadə etməsinə dair tənqidlərə baxmayaraq, prezident Medvedev deyib ki, Rusiyanın Cənubi Osetiyadakı vətəndaşlarının müdafiəsi naminə bu addım qaçılmaz idi. Dmitri Medvedev Qərbin Gürcüstan və Ukraynanın NATO-ya üzvlük səylərini “Rusiyanın öz yerini bilməsi” cəhdi kimi qiymətləndirib. Rusiyanın dövlət başçısı ABŞ-ın növbəti prezidenti Barak Obamanın Rusiya-Amerika münasibətlərinin normallaşdırılmasının prioritet olduğunu deməsinin onda ümid yaratdığını bildirib.

XS
SM
MD
LG