Accessibility links

Azərbaycanda Referendum martın 18-də keçiriləcək


Azərbaycan qanunvericiləri Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi haqda referendumu 2009-cu il martın 18-ə təyin ediblər. Qərar 100 səs “lehinə”, 7 səs “əleyhinə” olmaqla qəbul edilib və 1 nəfər bitərəf qalıb. Düzəlişlər parlamentin hüquq siyasəti və dövlət quruculuğu və insan hüquqları komissiyaları tərəfindən Yeni Azərbaycan Partiyasından olan deputatların təşəbbüsü əsasında hazırlanıb. Referenduma eyni şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsi məhdudiyyətinin ləğvi haqqında məsələni çıxarmaq nəzərdə tutulur. Müxalifət üzvləri planı tənqid edib və qeyri-demokratik adlandırıblar. Tənqidçilər habelə ABŞ və Avropa Birliyini Azərbaycanın siyasət və mətbuat sahəsində baş verən son məhdudiyyətlərə göz yummaqda ittiham edib. Onların sözlərinə görə, Qərb Azərbaycanın neft və qaz ehtiyatlarına çıxışını itirməmək üçün heç bir addım atmır.

XS
SM
MD
LG