Accessibility links

Ali Məhkəmə Fərhad Əliyevin şikayətini rədd edib


Bu gün Azərbaycan Ali Məhkəməsində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin kasasiya şikayətini rədd edib. Şikayət Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimlərinə qarşı iddia ilə bağlıdır. İddiaya görə, hakimlər cənab Əliyevin işinə baxan zaman sağlamlığın qorunması və tibbi yardım almaq, habelə şəxsi və ailə həyatına hörmət hüquqlarını təmin etməyib. Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. Sonradan bu ittiham ayrıca icraata ayrılıb. 2007-ci ilin oktyabrında Əliyevi iqtisadi cinayətlərdə ittiham edərək, 10 il müddətinə azadlıqdan məhrum ediblər.
XS
SM
MD
LG