Accessibility links

İsrail Qəzza zolağına hava zərbələri endirir


Fələstin mənbələri bildirirlər ki, İsrailin Həmasın idarə etdiyi Qəzza zolağındakı hədəflərə hava hücumları nəticəsində 200-dən çox adam həlak olub, 300-dən çox adam isə yaralanıb. Rəsmilər deyirlər ki, ölənlər arasında Qəzza polis idarəsinin rəisi Təvfiq Cabber də var. İsrail hərbçiləri Qəzza zolağına hücumu təsdiq edərək xəbərdarlıq ediblər ki, bu əməliyyatlar davam etdirilə bilər . Fələstin militantları hücuma görə qısas alacaqlarını bildiriblər. İsrailin cənub bölgəsinə raket hücumu nəticəsində bir israilli həlak olub. Ötən həftə İsraillə Həmas arasında 6 ay davam edən atəşkəs razılığı pozulduqdan sonra tərəflər arasındakı münasibətlər gərginləşib. İsrailin son hücumları yaraqlıların İsrailin cənub bölgəsinə raket və qumbara hücumundan sonraya təsadüf edir.
XS
SM
MD
LG