Accessibility links

Qvineyanın hərbi xuntası beynəlxalq dialoq istəyir


Qvineyanın hərbi xuntası bu gün beynəlxalq təşkilatların nümayəndələrini ölkədə yaranmış qarışıqlığın aradan qaldırılması və sabitliyin bərpası naminə birgə müzakirələrə dəvət edib.

Xunta liderləri BMT, G-8-ə daxil olan ölkələrin təmsilçiləri, Avropa Birliyi və Afrika Birliyinə müraciət edərək, onların nümayəndələrini Qvineyanın paytaxtı Conakridə görüşməyə çağırıb. Bu gün habelə ordu zabitlərinin Qvineyanın siyasi partiya liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə ayrıca dialoqları olacaq.

Cümə günü Seneqal prezidenti Abdulvali Veyd Parisdə beynəlxaql təşkilatları Qvineyada hakim xartiyaya dəstək verməyə çağırmışdı.

O, bu bəyanatı Parisdəki Seneqal səfirliyində jurnalistlərlə söhbəti zamanı səsləndirib. Cənab Veyd deyib ki, hərbi xunta Qvineya xalqının iradəsini təmsil edir və onların belə bir dəstəyə haqqı var.

Daha əvvəl Afrika Birliyi, ABŞ və Avropa Birliyi Qvineyanın ordu zabitlərini ölkədə vətəndaş hakimiyyətinin bərpasına imkan verməyə çağırmışdı.

XS
SM
MD
LG