Accessibility links

Raul Kastro iqtisadiyyata yardım məqsədi ilə yeni ölçülərə əl atıb


Kuba prezidenti Raul Kastro 3 dağıdıcı təbbi fəlakət və qlobal maliyyə böhranı səbəbi ilə ölkənin yavaşımaqda olan iqtisadiyyatına yardım məqsədi ilə yeni ölçülərə əl atıb. Milli Assambleya qarşısında çıxış edən prezdent Kastro rəsmi xarici səfərlər büdcəsinin yarım dəfə ixtisar edildiyini elan edib. Kuba prezidenti 60 milyon dollarlıq pulsuz səfərlər kimi mükafat proqramlarının ixtisar edildiyini bildirib. Bu il Kubada xərclər 6.7 faiz artıb. Raul Kastor parlament üzvlərini realistik olmağa və istəklərin cilovlanmasına çağırıb. Kuba 10 milyard dollar ziyan vuran Gustav, Ayk və Paloma qasırğalarından sonrakı bərpa işlərini davam etdirir.

XS
SM
MD
LG